1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olqa İsmayılova olimpiadada 13-cü oldu - YENİLƏNDİ
Azərbaycan velosipedçisi Olqa İsmayılova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, sprint yarışında təsəlliverici yürüşdə iştirak etməklə 1/8 finala adlamaq şansını saxlayan İsmayılova bu imkandan yararlana bilməyib.
Hollandiya və Avstraliya velosipedçiləri ilə mübarizədə finiş xəttini birinci keçmək lazım olduğu halda, təmsilçimiz yalnız 2-ci olub və çıxışını başa vurub.
Bununla da Olqa İsmayılova yekun sıralamada 13-cü yeri tutub.
-------------------
00:40. Velosipedçimiz təsəlli yürüşündə - YENİLƏNİR
Azərbaycan velosipedçisi Olqa İsmayılova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının sprint növündə təsnifat mərhələsini dəf edib.
Sportnet.az-ın məlumatına görə, İsmayılova 11.152 saniyə göstərici ilə 27 iştirakçı arasında 18-ci olaraq 1/16 finala vəsiqə qazanıb.
O, təsnifat mərhələsində olimpiya rekordunu yeniləməklə 1-ci olan böyük britaniyalı Rebekka Ceymslə 1/8 finala vəsiqə uğrunda mübarizə aparıb və rəqibinə məğlub olub.
Bu isə o deməkdir ki, İsmayılova təsəlliverici yürüşdə iştirak etməklə növbəti mərhələyə adlamaq şansını saxlayır. Təsəlliverici yürüşlər Bakı vaxtı ilə saat 01:50-də başlayacaq.
--------------------------
23:46. Velosipedçimiz 1/16 finalda! - YENİLƏNİR
Azərbaycan velosipedçisi Olqa İsmayılova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının sprint növündə təsnifat mərhələsini dəf edib.
Sportnet.az-ın məlumatına görə, İsmayılova 11.152 saniyə göstərici ilə 27 iştirakçı arasında 18-ci olaraq 1/16 finala vəsiqə qazanıb. O, təsnifat mərhələsində olimpiya rekordunu yeniləməklə 1-ci olan böyük britaniyalı Rebekka Ceymslə 1/8 finala çıxmaq uğrunda mübarizə aparacaq. İsmayılova rəqibinə uduzsa, o zaman təsəlliverici yürüşdə iştirak etməklə növbəti mərhələyə adlaya bilər.
----------------------------
17:25. Qadın velosipedçimizin sınağı
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bugünkü yarış günündə Azərbaycanın velosipedçi Olqa İsmayılova qadınlar arasında sprint yarışına qatılacaq. Sportnet.az-ın məlumatına görə, mübarizə saat 21:00-da başlayacaq.
Reqlamentə əsasən, əvvəlcə 27 iştirakçının vaxt göstəricisini müəyyənləşdirmək üçün fərdi şəkildə təsnifat yürüşləri həyata keçiriləcək. Onlardan ilk 18-lik 1/16 finala vəsiqə qazanacaq, ən pis göstəriciyə malik 9 nəfər isə yarışla elə ilk mərhələdəcə vidalaşacaq. Avqustun 14-də bu növdə ancaq təsnifat, 1/16 və bu mərhələnin təsəlliverici yürüşü keçiriləcək. Avqustun 15-də 1/8 və təsəlliverici, avqustun 16-da isə 1/4, 1/2 və final yürüşü təşkil olunacaq.