1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Tour d Azerbaidjan"ın marşrutu və iştirakçıları - SİYAHI
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan" veloturunun iştirakçı komandaları və marşrutu açıqlanıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Sportnet.az-a verilən məlumata görə, mayın 3-də start götürəcək yürüşə 19 ölkənin 23 komandası qatılacaq. 5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərləri, həmçinin Qaradağ, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay və Ağsu rayonlarının ərazisindən keçməklə ümumilikdə 836 km məsafə qət edəcəklər.
Ötən illə müqayisədə, bu il turun marşrutunda ən önəmli dəyişiklik 4-cü mərhələ ilə bağlıdır. Yarışın ən çətin dağ mərhələsinə Ağsu aşırımı da əlavə edilib.
"Tour d’Azerbaïdjan-2017"nin proqramı belədir:
1-ci mərhələ: 3 may. Bakı - Sumqayıt (150 km)
2-ci mərhələ: 4 may. Bakı - İsmayıllı (187 km)
3-cü mərhələ. 5 may. Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (177 km)
4-cü mərhələ: 6 may. Qəbələ - İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu (164 km)
5-ci mərhələ: 7 may. Bakı - Abşeron - Bakı (158 km)
Builki turda iştirakını təsdiqləmiş 23 komandadan 6-sı Pro-Kontinental, 17-si isə Kontinental statusludur:
Pro-Kontinental: "Team Novo Nordisk" (ABŞ), "Gazprom-Rusvelo" (Rusiya), "Wilier-Triestina" (İtaliya), "Nippo-Vini Fantini" (İtaliya), "Israel Cycling Academy" (İsrail), "Delko Marseille Provence KTM" (Fransa)
Kontinental: "Synergy Baku Cycling Project" (Azərbaycan), "Amplatz-BMC" (Avstriya), "Hrinkow Advarica" (Avstriya), "CCB Velotooler" (ABŞ), "Team Illuminate" (ABŞ), "Astana City" (Qazaxıstan), "Bridgestone Anchor Cycling Team" (Yaponiya), "Dukla Banska Bystrica" (Slovakiya), "Kolss Cycling Team" (Ukrayna), "Kuwait-Cartucho.es" (Küveyt), "Minsk Cycling Club" (Belarus), "Qinghai Tianyoude Cycling Team" (Çin Xalq Respublikası), "Rietumu Banka-Riga" (Latviya), "Tabriz Shahrdary Team" (İran), "Team Sauerland NRW P/B Henley and Partners" (Almaniya), "Tourku Şekerspor" (Türkiyə), "VIB Bikes" (Bəhreyn)
Qeyd edək ki, "Tour d’Azerbaïdjan" veloturunun son 2 ildə komanda hesabında qalibi Azərbaycanın "Synergy Baku Cycling Project" komandası olub.