1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Olimpiadaya 3 lisenziya planlaşdırırıq"
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təəsnifat yarışına həsr olunmuş mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Atletika Federasiyasının vitse-prezidenti Karel Pilni, yarışın direktoru Məhərrəm Sultanzadə, Bakı Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən turnirin baş məsləhətçisi Pirs O Kallagen, MOK-un beynəlxalq əlaqələr departamentinin rəhbəri və yarışın koordinatoru Könül Nurullayeva və Azərbaycan yığmasının baş məşqçisi Nazim İsrafilov iştirak edib.
Nurullayeva digər iştirakçıları təqdim etdikdən sonra yarışın özəlliyindən danışıb: "Bu, Bakıda atletika üzrə yeniyetmələrin Avropa təsnifat yarışı üzrə keçirilən və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışdır. Hansı ki burada 38 ölkənin iştirak etdiyi lisenziya xarakterli turnirdə medallar uğrunda 690 idmançı mübarizə aparacaq. Qaliblər isə Çinin Nanjinq şəhərində baş tutacaq Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanacaq. Lisenziyaların sayı oğlanlar üçün 82, yeniyetmə qızlar üçün isə 108 olacaq".
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu yarışın atletika idman növünün inkişafına müsbət təsir göstərəcəyini bildirib: "Bu idman növü Azərbaycanca o qədər məşhur deyil. Bu yarış həm də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının test yarışıdır və inanıram ki, atletika növlərinin inkişafına müsbət təsir göstərəcək. Bildiyiniz kimi, Bakıya 700-dək idmançı gələcək. Biz ilk dəfə Olimpiya Kəndində yaşayacağıq və bu bir sınaqdır. Eyni zamanda nəqliyyat problemlərini də sınaqdan keçirəcəyik".
Turnirin baş məsləhətçisi Pirs O Kallagen atletika növlərinin qəlizliyindən danışaraq, bu təsnifat yarışının Azərbaycanda keçirilməsi qərarının 5 ay öncə verildiyini bildirib.
Azərbaycan yığmasının baş məşqçisi Nazim İsrafilov güclü nəticə gözlənilən idmançıları qeyd edib: "Azərbaycanı təsnifat yarışlarında 16 idmançı təmsil edəcək. Komandamızın heyətində Avropa Olimpiya Festivalının qalibi Nazim Babayev (üç təkanla tullanma), Yelena Qladkova (şüvüllə tullanma), Abrexa Benafeta (1500 və 3000 m-lik qaçış üzrə) kimi güclü nəticə gözlənilən idmançılar var". O, eyni zamanda olimpiadaya 3 lisenziya gözlədiklərini bildirib.
Qeyd edək ki, Yeniyetmələrin Avropa Oyunlarının Təsnifat Yarışının proqramına "Fəal ailəm sağlam aləm” sağlam həyat tərzini və Olimpiya dəyərlərini idman və oyunlarla təşviq edən sosial idman proqramı çərçivəsində ilk dəfə olaraq 500-dən çox ailə və 10 mindən çox tamaşaçının iştirakı nəzərdə tutulub. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Avropa Atletika Assosiasiyasının rəhbər şəxsləri iştirak edəcəklər.
Sevinc XANQIZI