1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dördqat olimpiya çempionu infarkt keçirdi
ABŞ-ın məşhur sprinteri Maykl Conson mikroinfarkt keçirib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 4 qat olimpiya çempionunun özü sosial şəbəkədəki hesabında yazıb. O, hazırda ailəsi ilə birgə evində olduğunu və ürəklə bağlı bütün məsələləri həll edərək, tam sağalmağa doğru ciddi inkişafın getdiyini vurğulayıb.
Qeyd edək ki, Maykl Conson 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında 4X100 metr estafetdə, 1996-cı il Atlanta olimpiadasında 200 metr və 400 metr, 2000-ci il Sidney Oyunlarında isə 400 metr məsafəyə qaçışda birinci yeri tutub. Bundan başqa Conson 8 dəfə dünya çempionu olub. O. karyerasını 2000-ci ildə başa vurduqdan sonra Britaniya telekanallarında ekspert kimi çalışıb.