1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan daha bir olimpiya medalından məhrum edilir
Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilə bilər.
Sportnet.az-ın Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, səbəb 24 yaşlı idmançının dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsidir. Sidik analizləri nəticəsində bolqarıstanlı legionerin orqanizmindən dehidroxlorometiltestosteron aşkarlanıb. Ondan əlavə, Meline Daluzyan (Ermənistan), Nikolay Novikov (Belarus), Aleksey Toroxti (Ukrayna) və Ruslan Nurudinov (Özbəkistan) təkrar dopinq-testdən keçə bilməyib. Onların hamısı yarışlardan kənarlaşdırılıb. İşə Beynəlxalq Olimpiya Komitəsi ilə birgə baxıldıqdan sonra yekun qərar qəbul olunacaq.
Qeyd edək ki, Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında 56 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, 2013-cü ildə orqanizmindən dehidrometiltestestoron maddəsi aşkarlandığı üçün 2 il, 2015-ci ildə isə nandrolon tapılması səbəbindən 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Xristov 2013-cü il Avropa çempionatının qızıl, 2015-ci il dünya çempionatının bürünc medalından məhrum edilib. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalını da əldən verəcəyi təqdirdə, həmin medal dördüncü yeri tutmuş vyetnamlı Tran Le Kvok Toana qismət olacaq. Nəticədə Azərbaycan olimpiadalar tarixində ağırlıqqaldırma növündə yeganə medaldan məhrum ediləcək. Daha əvvəl Vitali Rəhimov (60 kq) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medalı təkrar dopinq-testinin müsbət nəticə verməsi ilə əlaqədar əldən verib.