
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunda daha bir çəki üzrə mükafatçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, çəkisi 61 kq-a qədər olan kişilərin mübarizəsində Turan Əliyev qızıl medal qazanıb. O, ümumilikdə 214 kq (100+114) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Toplam 200 kq (90+110) nəticə göstərən Elşan Məmmədov gümüş, 198 kq (90+108) nəticə göstərən Akif Abdullayev isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, daha əvvəl 55 kq-da Amin Osmanov qızıl medal əldə edib.
-----------------------------------------
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib.
"Report"un məlumatına görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet qüvvəsini sınayır.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Toplam 207 kq (95+112) nəticə göstərən Amin Osmanov qızıl, toplam 198 kq (88+110) nəticə göstərən Dəniz Cabbarlı gümüş, toplam 165 kq (75+90) nəticə göstərən Orxan İmanov isə bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan Kuboku dekabrın 23-dək davam edəcək.