
Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, təmsilçimiz qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.
Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa Paris-2024 Yay Olimpiya oyunlarına vəsiqə qazanacaq.