1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha bir ağırlıqqadıranımız dopinqə düşdü
Azərbaycanın daha bir ağırlıqqaldıranı dopinqə düşüb. Sportnet.az-ın məlumatına görə, Sərdar Həsənovun analizi müsbət nəticə verib.
S.Həsənovun orqanizmindən istifadəsi qadağan dehidroxlormethiltestosteron aşkarlanıb.
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş analizlərin təkrar yoxlanması nəticəsində Beynəlxalq Ağır Ateltika Federasiyası azərbaycanlı idmançıdan başqa türkiyəli Sibel Özkan və erməni idmançı Tiqran Martirosyanın da analizinin müsbət çıxdığını bildirib.
Cəzalar açıqlanana qədər hər üç idmançı yarışlardan diskvalifikasiya edilib.
Qeyd edək ki, bundan öncə dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlaması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.