"Təşəkkürümüzü bildiririk. Çox yaxşı mərhələ alındı".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı - Xankəndi yarışının ikinci mərhələsinin qalibi olan Qazaxıstanın "Astana" komandasının velosipedçisi Yevgeni Fyodorov mükafatlandırma mərasimindən sonra mətbuat konfransında deyib.
26 yaşlı idmançı bildirib ki, yarışın əvvəlindən bütün komandalar hücumda olublar: "Qarşımızda məhz mənim yox, bütün komandaların qələbə qazanması idi. Ən çətin hissə yoxuş idi".
Fyodorov müxtəlif dünya çempionatı və Asiya Oyunlarında medallar qazanmasına baxmayaraq, "Tour de France" yarışında 148-ci yeri tutmasını belə izah edib: "Birgünlük yarışlarda hər şey bir mərhələ ilə həll olunur. Çoxgünlük yarışlarda isə uzunmüddətli mübarizə gedir. Ona görə də nəticələr arasında bu qədər fərq olunur".
Çempionatın qalibi qələbələrin davamlı olmasının vacibliyini vurğulayıb: "Əsas məqsədim lider köynəyini qorumağımdır".
O, rəqiblərindən birinin "Parma" komandasının velosipedçisinin olduğunu söyləyib.


















































































