Kişilər arasında boks yarışının dördüncü günü 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu, ikiqat dünya və Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun növbəti qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, təmsilçimiz gürcüstanlı Mixeil Baxtidzeyə 3:0 hesabı ilə qalib gələrək yarışın 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Digər boksçumuz, Avropa çempionu və Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da növbəti görüşünü qələbə ilə başa vurub. Onun 1/8 finalda rəqibi polşalı Jordan Kulinski olub. Boksçumuz döyüşü 3:0 hesabı ilə xeyrinə başa vuraraq ardıcıl ikinci qələbəsini qazanıb və adını 1/4 finala yazdırıb.
Azərbaycanın birinci xanımı, "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva boksçumuzun qələbəsini tribunadan izləyiblər.
XXX
"Bakı 2015" I Avropa Oyunlarında boks üzrə yarışlar davam edir. Sportnet.az-ın məlumatına görə, bu gün Azərbaycanın daha bir əlcək ustası rinqə çıxıb.
56 kq çəki dərəcəsində döyüşən Tayfur Əliyev 1/4 finala vəsiqə qazanıb. Milli komandanın üzvü 1/8 finalda rumıniyalı Nikolae Andreiana üzərində qələbə qazanıb - 3:0.
O, 1/4 finalda danimarkalı Frederik Yensenlə qarşılaşacaq. Yensen isə bu gün finlandiyalı Matti Kootanı məğlub edib - 2:1.
81 kq çəki dərəcəsində çıxış edən Teymur Məmmədov bu axşam polşalı Jordan Kulinski ilə üz-üzə gələcək. +91 kq çəki dərəcəsində isə Məhəmmədrəsul Məcidov gürcüstanlı Mixail Baxtidze ilə qarşılaşacaq.
Qadın boksçu Anaxanım Ağayeva isə çıxışında uğursuzluqla üzləşib. O, polşalı Sandra Drabikə 0:3 hesabı ilə məğlub olub.
Leyla Cavadova isə rusiyalı Yaroslava Yakuşina ilə döyüşəcək.