Bu gün Gənclər və idman naziri Azad Rəhimov Vyetnamın mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Ahnın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanda idman sahəsində görülən işlər, inşa edilməkdə olan obyektlər və Bakının 2015-ci ildə tarixdə ilk dəfə ev sahibliyi edəcəyi Avropa Oyunlarına hazırlığı barədə söz açılıb.
Rəhimov çıxışında Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün hər bir şəraitin olduğunu vurğulayıb: "Ölkəmizin daim çox güclü olduğu idman növləri olub. Azərbaycan böyük ölkə olmasa da, beynəlxalq yarışların keçirilməsi üçün hər bir şərait var. Mən vyetnamlı idmançıları ölkəmizə məşqlərə, yarışlara dəvət edirəm".