2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının Açılış Mərasiminə artıq 300 gün qalıb. Sportnet.az-ın məlumatına görə, Oyunlara ev sahibliyi edəcək şəhərdə geri sayım əlamətdar tarixə doğru irəlilədiyindən, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunların açılış mərasiminə dair əsas faktları və rəqəmləri təqdim edir.
- Gələn il Azərbaycan paytaxtına 6 mindən çox idmançı və 3 mindən çox komanda rəsmisi gələcək.
- 2015-ci ilin 12 iyununda keçiriləcək möhtəşəm Açılış Mərasimi bütün Avropanın qeyd edəcəyi 17 günlük idman bayramına başlanğıc verəcək.
- Açılış Mərasiminə 300 gün qalıb;
- Oyunlara 12 000 könüllü cəlb olunub;
- 49 Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin üzvü kimi dəvət olunub;
- 19 müxtəlif idman növü üzrə yarış keçiriləcək;
- 17 günlük yarışlar baş tutacaq;
- BEGOC-də 33 müxtəlif millətin nümayəndəsi çalışır;
- BEGOC-da ümumilikdə 670 əməkdaş var;
- Yarışlar 20 arenada keçiriləcək;
- İdmançılar 239 dəst medalla təltif olunacaq;
- Atletlər Kəndində 3755 yataq otağı var;
Qeyd edək ki, gələn il iyunun 28-dək davam edəcək I Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 3-ü qeyri-olimpiya növü olacaq. 9 idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı yaradacaq. Bunlar oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlondur.