Bolqarıstan milli komandasının futbolçusu Stanislav Manolev AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə Bakıda keçirdikləri görüş haqda danışıb. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi millimizlə oyunda güclü tərəfin məhz Bolqarıstan yığmasının olduğunu bildirib.
O deyib: "Çətin olsa da qələbə qazandığımız üçün çox şadam. Düşünürəm ki, meydanda güclü tərəf biz idik. Güclü rəqiblərlə qarşılaşmalardan əvvəl Bakıda qazandığımız 3 xal bizə çox vacibdi”.
Qeyd edək ki, dünən "Bakcell Arena”da keçirilmiş oyunda millimiz 1-2 hesabı ilə məğlub olub.