
Dubayın Ticarət və Turizm Departamentinin əməkdaşı Xalid Meyren deyib: "Biz futbolun 2 nəhəngini salamlayırıq. 2014-cü il təkcə futbol deyil, şəhərimiz üçün də rekord olub. Bu tədbirin sahibi olmağımızdan qürur duyuruq".
Qeyd edək ki, "Real Madrid" və "Milan" Çempionlar Liqasını hamıdan çox qazanan klublardır. "Kral klubu" buna 10 dəfə, "rossonyerlər" isə 7 dəfə nail olub.