O bildirib ki, O.Məmmədovun baş hakim kimi idarəçiliyi zəif, səhvi isə böyük olub: "Bizdə səhv edən hakim cəzadan qaça bilməz. Səhv edibsə, cəzalanmalıdır".
X.Məmmədov gənc referinin böyük oyunlara hazır olmadığını bildirib: "Orxan Məmmədovun "Neftçi”nin qapısına təyin etdiyi penalti haqqında heç bir KİV-ə açıqlama verməmişəm. Konkret epizoda gəldikdə, qərar səhv idi. Düzdür hakim də insandır, səhv edə bilər. Dünən Çempionlar Liqasınında Ronaldo özünü yerə atdı, hakim penalti təyin etdi. Amma söhbət tək həmin epizoddan getmir, hakim ümumilikdə oyunda zəif iştirak elədi. Oyun göstərdi ki, Orxan daha böyük oyunlara hazır deyil".
İlkin SULTANLI