1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Antonio Konte: "Azərbaycanla oyun həyati əhəmiyyətlidir"
İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Azərbaycan və Malta yığmaları ilə keçirəcəkləri AVRO-2016-nın seçmə qrup matçlarını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis hər iki oyunu komandası üçün həyati əhəmiyyətli mühüm matç adlandırıb.
O bildirib ki, müxtəlif klublardan dəvət etdiyi futbolçular yığmada bir bayraq altında birləşməlidirlər. Konte bu açıqlamanı İtaliya A seriyasının ötən turunun böyük polemikalara yol açan "Yuventus" - "Roma" matçı fonunda verib. Baş məşqçinin sözlərinə görə, futbolçular ayrı-ayrı klubların heyətində rəqib qismində bir-birilərinə qarşı vuruşaraq, qələbə üçün hər şey edə bilərlər. Amma milliyə gələndə bir bayraq, bir məqsəd altında birləşmək lazımdır: "Ölkəni təmsil etmək çox şeydən vacibdir. Biz çempionatda ab-havanı yaxşılaşdırmağa çalışacağıq. İndi isə mühüm həyati 2 oyun barədə düşünməliyik".
Qeyd edək ki, İtaliya və Azərbaycan yığmaları oktyabrın 10-da Palermodakı "Rentso Barbera" stadionunda Bakı vaxtı ilə saat 23:45-də üz-üzə gələcəklər. Bundan 3 gün sonra millimiz Xorvatiyanın, "Skuadra Adzurra" isə Maltanın qonağı olacaq.