
Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti Tomas Bax Bakıya gələcək. Bu barədə Sportnet.az-a Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Onun sözlərinə görə, almaniyalı funksionerin səfəri noyabrın 20-də Bakıda işə başlayacaq Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına təsadüf edəcək. 4 gün davam edəcək iclasa Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də qatılacaq.
Qeyd edək ki, Bax və Hikki hazırda Ermənistanda səfərdədirlər. Onlar ötən gün 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni idmançıların iştirakına dair müzakirələr aparıblar.