"Qəbələ"nin AZAL-la keçirəcəyi yoldaşlıq görüşü üçün ilk "11-liy"i müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Dorinel Muntyanu start heyətdə cəmi 3 yerli futbolçuya güvənib.
Yalnız Anar Nəzirov, Ruslan Tağızadə və Ürfan Abbasovu ilk "11-liy"ə salan rumıniyalı mütəxəssis 8 əcnəbini meydana buraxacaq - Rafael Santos, Pavol Farkaş, Adrian Ropotan, Benqa, Andrey Kristea, Ehiosun Ekiqo, Yazalde Pinto, Viktor Mendi.
Muntyanunun bu addımı atması yerli futbolçulardan bir neçəsinin Azərbaycan millisinin düşərgəsində, eləcə də Ruslan Abışovla Ruslan Əmircanovun zədəli olması ilə əlaqədardır.
Qeyd edək ki, "Qəbələ" - AZAL yoldaşılq oyunu saat 16:00-da start götürəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |