
O, Fransa PSJ-sinin sərəncamına qayıdıb. Eyni zamanda "İnter"in hücumçusu Pablo Osvaldo zədə üzündən "Skuadra Adzurra"nın heyətindən kənarda qalıb. Daha öncə "Roma"nın yarımmüdafiəçisi Daniele De Rossi eyni səbəbdən, yığmaya dəvət almayıb.
Qeyd edək ki, oktyabrın 10-da Palermodakı "Rentso Barbera" stadionunda keçiriləcək İtaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.