"Kəpəz"in qapıçısı Yusif İmanovun "Sabah"a səfərdə 1:0 qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIX turu matçından sonra Sportnet.az saytına müsahibəsi:
- Görüş haqda təəsüratlarınızı bölüşərdiniz...
- Qələbə qazandığımız üçün xoşbəxtik. Oyundan öncə komanda yoldaşlarımızla danışırdıq ki, mübarizə aparmalıyıq, qalib gəlməliyik. İstəyimiz oldu.
- Eks komandana qarşı qalib gəlmək necə hisdir?
- Heç nə deyə bilmərəm. Mənə görə bütün rəqiblər eynidir.
- "Qarabağ"a iki dəfə, "Sabah"a da bir dəfə qalib gəldiniz. Komandanın performansından məmnunsunuz?
- Enişli-yoxuşlu mövsüm keçiririk. Bir neçə oyun uduzuruq, ardınca böyük komandaları məğlub edirik. Qarşıdakı matçlara hazırlaşacağıq.
- Son dəfə milliyə çağırılmadınız, bu dəfə dəvət gözləyirsinizmi?
- Bu, məşqçilərin qərarıdır. Onların fikrinə hörmətlə yanaşıram. Ümid edirəm ki, dəvət alaram.
Haşım MƏMMƏD


















































































