ABŞ-ın Parkinson xəstəliyindən əziyyət çəkən məşhur ağır çəkili boksçusu Məhəmməd Əli öz həyatı barədə filmin ilk nümayişinə qatıla bilməyib. Sportnet.az-ın məlumatına görə, qardaşı Rəhman Əlinin ağır vəziyyətdə olduğunu və demək olar ki, danışa bilmədiyini açıqlayıb.
O, filmin təqdimat mərasimində deyib: "Xəstəliyi ilə əlaqədar özü haqda filmlə bağlı qardaşımla ünsiyyət imkanım olmayıb. Ona danışmaq ağırdır. Amma onun üçün bir araya gəlməyimizlə qürur duyur".
3 qat dünya çempionundan bəhs edən "İ am Ali" ("Mən Əliyəm") sənədli filmi noyabrın 28-dən satışa çıxarılacaq.
Qeyd edək ki, hazırda 72 yaşı olan Məhəmməd Əli 1960-cı ildə yarımağır çəkidə olimpiya, habelə ağır çəkidə peşəkarlar arasında 3 qat dünya çempionluğu qazanıb. O, "İlin boksçusu" adının 5 qat sahibi və 1970-ci illərin ən yaxşı boksçusudur.