Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyanın Presov şəhərində təşkil olunacaq "GP Presov" beynəlxalq yarışında iştirak edəcək.
Bu barədə Sportnet.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.
Baş məşqçi Vladimir Buşanski və böyük məşqçi Elçin Qasımovun rəhbərlik etdiyi heyətdə Tural İsrafilov, Maksim Trendelyov (hər ikisi U-23), Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov, Nihad Xudoyev (hamısı gənclər) və Viktoriya Sidorenko yer alıblar.
Qeyd edək ki, bu turnir ölkə təmsilçisinin iyulda Almaniyada keçiriləcək Avropa çempionatına hazırlıq prosesinin davamıdır.













































































