Bizon Azərbaycan Kubokunda 2025/26 mövsümünə yekun vurulub.
Sportnet.az xəbər verir ki, "Sabah" final qarşılaşmasında "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək kuboka yiyələnib.
Hesabı artıq 4-cü dəqiqədə "Zirə"nin futbolçusu Eren Aydın açıb.
70-ci dəqiqədə "Sabah"ın legioneri Patrik Mbina gözəl qolla hesabı bərabərləşdirib. 90+2-ci dəqiqədə isə Azərbaycan Premyer Liqasının bombardiri Coy Lens Mikels qələbə topunu vurub.
Beləliklə, "Zirə" üçüncü dəfə finalda uduzaraq, titulsuz qalıb. "Sabah" isə ardıcıl ikinci mövsüm Azərbaycan Kubokunu qazanıb.
Masazır təmsilçisi Azərbaycan çempionluğunu rəsmiləşdirdiyi üçün UEFA Avropa Liqasına vəsiqəni liqada 2-ci yerin müəllifi qazanacaq.
4-cü yerin sahibi isə (hazırda "Neftçi") UEFA Konfrans Liqasında çıxış edəcək.
-------------------------------
Bu gün 2025/26 mövsümü Bizon Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, finalda "Sabah"la "Zirə" qarşılaşacaq.
"Palm Sports Arena"da keçiriləcək görüşü Elçin Məsiyev idarə edəcək.
“Sabah” qalib gəlsə, “qızıl dubl” etməklə yanaşı, ardıcıl ikinci mövsüm Azərbaycan Kubokuna sahib olacaq. Həmçinin, Masazır təmsilçisinin qalibiyyəti ilə Azərbaycan Premyer Liqasında ikinci pillənin sahibi (indiki halda “Qarabağ”) Avropa Liqasına, 3-cü pillənin sahibi (indiki halda “Turan Tovuz”) və 4-cü pillənin sahibi (indiki halda “Neftçi”) Konfrans Liqasına yollanacaq.
“Zirə” isə üçüncü dəfə oynadığı finaldan qələbə ilə ayrılsa, ilk dəfə ölkə kubokunu başı üzərinə qaldıracaq.
“Zirə” isə kuboku qazanmaqla, Avropa Liqasında, 2-ci və 3-cü pillələrin sahibləri Konfrans Liqasında çıxış edəcək. “Neftçi” isə bütün şanslarını itirəcək.
Bizon Azərbaycan Kuboku
Final
13 may (çərşənbə)
20:00. “Sabah” - “Zirə” - 2:1
Qollar Patrik Mbina, 70. Coy Lens Mikels, 90+1 - Eren Aydın, 4
Sarı vərəqələr: Aron Maluda, 57 (qeyri-idman hərəkəti); Stiv Solvet, 66 (qeyri-idman hərəkəti); Kahim Parris, 90+5 (qeyri-idman hərəkəti) - Qismət Alıyev, 3 (qeyri-idman hərəkəti); Giorgi Papunaşvili, 45 (qeyri-idman hərəkəti); Ayron Qomis, 53 (qeyri-idman hərəkəti); Ange Mutsinzi, 76 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Nicat Şıxəliyev (“Zirə”), 45 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Palms Sports Arena”, 7045 tamaşaçı
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev (99. Patrik Mbina, 69) 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç (5. Rəhman Daşdəmirov, 69) 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda (11. Kahim Parris, 88)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins (29. Ceyhun Nuriyev, 82) 20. İssa Cibrila (14. Elçin Əlicanov, 55) 93. Brahim Konate (8. İsmayıl İbrahimli, 82) 5. Ange Mutsinzi 17. Ayron Qomis (28. Leroy Mikels, 90+2) 22. Eren Aydın (11. Junior Martins, 55)
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 13. Aydın Bayramov 70. Namik Ələskərov 7. Rövlan Muradov 19. Rüfət Abdullazadə 10. Giorgi Papunaşvili 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov















































































