Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının üzvü Melis Sarıaltının qondarma Kürdüstan dövləti və PKK lideri Abdullah Öcalanın şəkli olan bayraqla "Kobaniyə dəstək" mitinqinə qatılmasına AFFA-nın baş katibi Elxan Məmmədov da münasibət bildirib. Məmmədov Sportnet.az-a açıqlamasında bildirib ki, idman, o cümlədən futbolun siyasətdən uzaq olmalıdır.
"Melis Sarıaltın aşaği yaş qruplarından ibarət yığma komandamızın heyətində oynayıb. Bir Azərbaycan vətəndaşı kimi onun bu hərəkətinin - tanınmamış bir olkənin bayrağını təbliğ etməsinin əleyhinəyəm" deyə baş katib açıqlama verib.
Qeyd edək ki, Melis Sarıaltın 14 yanvar 1996-cı ildə Türkiyənin Tunceli vilayətinin Dersim şəhərində anadan olub. "Facebook" profilindəki qeydlərinə əsasən, o, hazırda Almaniyanın Köln şəhərində yaşayır. Sarıaltın əvvəlcə Azərbaycanın 17 yaşadək yığmasının heyətinə cəlb olunub. Yeniyetmə futbolçu U-17 millimizdə ilk rəsmi matçını 30 sentyabr 2011-ci ildə Avropa çempionatının seçmə oyununda Ukraynaya qarşı keçirib. Daha sonra yarımmüdafiəçi Azərbaycanda 17 yaşadək qızlar arasında keçirilmiş dünya çempionatında da iştirak edib. Bu ildən isə o, U-19 millimizdə çıxış etməyə başlayıb. Ötən ay Sarıaltın Avropa çempionatının seçmə oyunlarında Ukrayna, Danimarka və Kiprə qarşı forma geyinib.