Həndbol üzrə Fransa çempionatının PSJ - "Şamberi" matçında maraqlı olay baş verib. Sportnet.az-ın "Le Parisien"ə istinadən məlumatına görə, meydan sahiblərinin xorvatiyalı legioneri Marko Koplyar rəqib komandanın oyunçusu Benjamin Jiyeni qolundan dişləyib.
Əvəzində o, dərhal meydandan qovulub, komandası isə 32:33 hesabı ilə uduzub. İndi Koplyarı ciddi cəza gözləyir.
Əvəzində o, dərhal meydandan qovulub, komandası isə 32:33 hesabı ilə uduzub. İndi Koplyarı ciddi cəza gözləyir.
Qeyd edək ki, futbol üzrə 2014-cü il dünya çempionatında analoji hərəkəti üzündən Uruqvay yığmasının hücumçusu Luis Suares 4 aylıq diskvalifikasiyaya məruz qalıb. Həmin vaxt Suares İtaliya yığmasının müdafiəçisi Corco Kyellinini dişləsə də, referinin səhvi üzündən dərhal qovulmamışdı.