Hazırda davam edən Topaz Premyer Liqasının "Qarabağ" - "Qəbələ" matçında maraqlı olay baş verib. Sportnet.az-ın məlumatına görə, Ağdam komandasının yarımmüdafiəçisi Riçard Almeyda baş hakim Rəhim Həsənova qarşı etinasız davranıb.
60-cı dəqiqədə zədələnərək yerdə qaldıqdan sonra ona ilkin tibbi müayinə göstərilib. Qaydalara görə, həkim müdaxiləsinin ardından Almeyda meydanı tərk etməli və referinin icazəsi ilə oyuna daxil olmalı idi. Amma Həsənov onu çölə çıxarmaq istərkən, braziliyalı yarımmüdafiəçi əli ilə "Get" işarəsi verib. FİFA referisi isə futbolçunun hərəkətini cavabsız buraxıb. Vaxtı uzadan Almeydanı meydandan kənara "Qəbələ"nin oyunçusu Markinyos çıxarıb.
Qeyd edək ki, hazırda hesab 1:0 "Qarabağ"ın xeyrinədir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |