"Hər iki komanda yaxşı oynadı. Xüsusən də "Qəbələ"nin "Qarabağ"a ciddi müqavimət göstərməsini bəyəndim. Bərabər səviyyədə oyun keçdi". Bu sözləri Sportnet.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Komitə rəhbəri matçın baş hakimi Rəhim Həsənovun idarəçiliyini dəyərləndirib: "Birinci hissənin sonlarında "Qəbələ"nin tələb etdiyi penalti epizoduna baxmaq lazımdır. Baxmadan fikrimi deyə bilmərəm. Çünki o, oyun epizodu idi. Hamının fikri matçda qalmışdı. Hakimin diqqəti də cərimə meydançasındakı mübarizəyə yönəlmişdi. Penalti olub-olmadığını görmədi. Ümumiyyətlə, o epizodu heç kim dəqiq görmədi. İkinci penaltiyə gəldikdə orada mübahisədən söhbət belə gedə bilməz. Təmiz penalti idi. Rəhim Həsənov imkan yaratdı ki, futbolçular rahat oynasınlar".
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçı 2:0 hesabı ilə başa çatıb.