"Bakı"nın futbolçusu Yuri Travner vətəni Sloveniyada problemlə üzləşib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı müdafiəçinin ölkəsində aldığı daşınmaz əmlakla bağlı kredit borcu yaranıb.
Bu səbəbdən Travnerin Bakıya dönüşü yubanır. O, vətəninə milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilə vaxtı - təqribən 3 həftə öncə yollansa da, hələ komandasının düşərgəsinə qayıtmayıb.
Bu səbəbdən Travnerin Bakıya dönüşü yubanır. O, vətəninə milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilə vaxtı - təqribən 3 həftə öncə yollansa da, hələ komandasının düşərgəsinə qayıtmayıb.
Klubun vitse-prezidenti Yaşar Seyidov Sportnet.az-a açıqlamasında xəbəri qismın təsdiqləyib. O, deyib ki, Travnerin Sloveniyada şəxsi problemi yaranıb və bununla əlaqədar futbolçu kömək üçün "Bakı"ya müraciət edib. "Biz də onun problemini tezliklə həll edəcəyik və Yuri yaxın günlərdə komandamıza qoşulacaq".