1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"dan hakimliyə rəsmi etiraz
"Sumqayıt" klubu Topaz Premyer Liqasının IX turunun "Qəbələ" ilə görüşündə Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadasının idarəçiliyindən narazı qalıb. Bu barədə Sportnet.az-a "gənclik şəhəri" təmsilçisinin prezidenti Kamran Quliyev məlumat verib.
Quliyev oyundan dərhal sonra etirazlarını protokolda qeyd etdiklərini bildirib: "Etirazımız vurduğumuz ikinci qolun hesaba alınmaması idi. İntizam Komitəsinin iclasında da bu məsələyə baxılacaq".
Klub prezidenti artıq neçənci dəfə Vüsal Əliyevin idarə etdiyi oyunlarda ədalətsiz qərarlarla üzləşdiklərini də əlavə edib: "O, 1 ay öncə "Bakı" ilə oyunda penaltimizi vermədi. Gah dedi "görməmişəm", gah dedilər yan xətt hakimi görməyib. Mənim üçün bu, əsasdır. Necə ki, klubda nə baş verirsə məndən soruşulur, eyni zamanda baş hakim oyunu idarə edirsə, köməkçiləri ilə birgə sistem şəklində işləyirlər, hakimlər briqadasına cavabdehliyi o daşıyır. Keçən çempionatda da Vüsal Əliyevin işi ilə bağlı bizim narazılıqlarımız olub. Bu qədər vaxt gözlədik. Ancaq ilk dəfə olaraq protest yazdıq. Hesab edirəm ki, həmin anda komanda qolu vurmuş olsaydı, oyun başqa cür ola bilərdi".
Qeyd edək ki, "Sumqayıt" ötən gün keçirilmiş qarşılaşmada "Qəbələ"yə 1:3 hesabı ilə uduzub.