"Xəzər Lənkəran" klubu "Qarabağ"la Premyer Liqası matçından sonra azarkeşlərin komandanın paltardəyişmə otağına hücum edildiyinə dair xəbərlərə münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu öz "Facebook" səhifəsində paylaşdığı statusda bəyan edib ki, həmin azarkeşlər futbolçulardan forma istəyiblər.
Sonra isə "ağ-yaşıllar"ın qaldığı otelə gələrək, xatirə hədiyyəsi kimi formalarını alıblar: "Komandamız stadiondan alqışlarla yola salınıb. Ümid edirəm ki, həmin fəal azarkeşlər buna münasibət bildirəcəklər".
__________________________________________________________________________________________
20:33. "Xəzər Lənkəran"ın paltardəyişmə otağına hücum
"Xəzər Lənkəran"ın Premyer Liqanın IX turunda "Qarabağ"a məğlubiyyəti azarkeşlərin etirazına səbəb olub. Sportnet.az-ın məlumatına görə, oyundan sonra cənublu fanatlar sevimli komandalarının paltardəyişmə otağına girməyə cəhd ediblər.
Lakin onların qarşısını klubun idman direktoru Yunis Hüseynov alıb. Hüseynov növbəti oyunlarda uğursuzluğun əvəzini çıxacaqlarına söz verib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |