Topaz Premyer Liqasında mövsümün 100-cü qolu vurulub. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, IX turun startına qədər 89 qolun vurulduğu çempionatın yubiley topu I dövrənin son matçına təsadüf edib.
Turun 11-ci qolu, mövsümdə 100-cü olub. Bu isə "Qarabağ” – "Xəzər Lənkəran” görüşündə baş verib. Görüşdəki 2-ci top yubiley xarakteri daşıyıb. 29-cu dəqiqədə dublunu rəsmiləşdirən İnnosent Emeqara həm "Qarabağ”ın qələbəsində pay sahibi olub, həm də mövsümün 100-cü qolunun müəllifi kimi tarixə düşüb.
Ümumilikdə isə IX turda 14 qol qeydə alınıb. Bununla da 2 oyunu təxirə salınan, 1 görüşünün nəticəsi ləğv edilən dövrənin 42 qarşılaşmasında 103 dəfə top qapıdan keçib. Orta məhsuldarlıq 2,45-ə bərabər olub.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da "Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurmuşdu.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |