
Onun sözlərinə görə, oyuna çıxmayacaqları barədə söz-söhbətlər həqiqətə uyğun deyil. Məmmədov hazırda klubun paltardəyişmə otağında olduğunu və bütün komanda yoldaşlarının oyuna hazırlaşdıqlarını bildirib. Yüksək əhval-ruhiyyədə olduqlarını deyən aparıcı oyunçu meydana qələbə üçün çıxacaqlarını vurğulayıb.
Qeyd edək ki, "Bakı"nın maliyyə problemləri üzündən "Neftçi" ilə ev oyunundan imtinasına dair xəbərlər yayılıb.