
"Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Sportnet.az-a müsahibəsi...
- Böyük hesablı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?
- Bəli, 4:0 hesabı ilə qalib gəldik. Düzü, AZAL-ın bu qədər zəif oynayacağını düşünmürdük.
- Oyundan öncə komandada ab-hava necə
idi?
- Çox yaxşı. Komanda
yoldaşlarımda istək çox idi və gözəl oyunla qalib gəldik. Əsas olan 3 xal idi, onu da götürdük.
- Oyun
zamanı AZAL-ın futbolçusu Luis Ramosla tez-tez mübahisə edirdiniz. Bunun səbəbi nə
idi?
- Ramos oyun zamanı mənə qarşı çox sərt
oynayırdı, ona görə də mübahisə yaranırdı. Belə mübahisəli epizodlar görüşlər
zamanı olur və hazırda heç bir problem yoxdur.
- Turnir
cədvəlinə baxsaq, "İnter”, "Qəbələ” və "Qarabağ” klublarını sizin əsas rəqibləriniz saymaq olar...
- Hər üç komanda güclüdür və uğurla çıxış edir. Bu mövsüm maraqlı və gərgin
mübarizəli çempionat olacağını düşünürəm.
- Şansınızı və rəqiblərinizi necə dəyərləndirərdiniz?
- Məqsədimiz
oynadığımız matçlarda 3 xal almaqdır. Bu klublarla oynayacağımız görüşlər həlledici rol oynayacaq.
Orxan QASIMLI