1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vobay və Sanko Eboladan qurtuldu
Sierra-Leone milli komandası ölkədəki Ebola virusu epidemiyası ilə əlaqədar futbol üzrə Afrika Millətlər Kubokunun seçmə mərhələsindən çıxdığını bəyan edib. Bu barədə yığmanın məşqçisi Sander de Kramer açıqlama verib.
O bildirib ki, hazırda dövlətin bütün qüvvəsi xəstəliklə mübarizəyə yönəlib. Daha öncə Mərakeş yığması 2015-ci il Afrika Millətlər Kubokunun final mərhələsini təşkil etməkdən imtinası ilə əlaqədar yarışdan kənarlaşdırılıb. Mərakeşlilər də Ebola təhlükəsindən ehtiyatlandıqları üçün belə qərar qəbul ediblər. Turnirin yeni məkanı və tarixi tezliklə müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanın "Neftçi" klubunun yarımmüdafiəçisi Culius Vobay və "Xəzər Lənkəran"ın orta xətt oyunçusu Alfred Sanko da Sierra-Leone millisinin üzvləridir. Bu ölkənin əsas komandası noyabrın 14-də Afrika Millətlər Kubokunun seçmə mərhələsində Fildişi Sahili yığması ilə üz-üzə gəlməli idi. Həmin oyuna Sanko dəvət almışdı. Lakin 26 yaşlı yarımmüdafiəçi Norveçdə Sierra Leone millisinin həkimi tərəfindən tibbi müayinədən keçidikdə zədəli olduğu aşkarlanıb. Bu səbəbdən, Sanko "Xəzər Lənkəran"ın düşərgəsinə qayıdıb (Report.az).