"Neftçi”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Elşad Əhmədov "Simurq”a məğlubiyyətdən sonra istefa verib. Sportnet.az-ın məlumatına görə, Əhmədovun istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
Əhmədov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Neftçi” hər zaman yüksək yerlər uğrunda mübarizə aparan komandadır. Mən əvəzedici heyətlə çempion olmuşam. Hazırda isə AFFA-nın təşkil etdiyi "A” kateqoriyalı məşqçilik kurslarına qatıldığıma görə Zaqataladakı oyunda iştirak edə bilmədim. Lakin əvəzedicilərin son zamanlardakı çıxışı qənaətbəxş deyildi. Buna görə də bu gün istefa ərizəmi klub rəhbərliyinə təqdim etdim. "Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.
Qeyd edək ki, "Neftçi"nin əvəzedicilərdən ibarət komandası hazırda 10 oyundan 11 xalla 6-cı pillədə qərarlaşıb.