"Qarabağ" klubu Fransa "Sent-Etyen"i ilə Avropa Liqasında V tur matçına 3 itki ilə çıxacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
42 yaşlı mütəxəssis bildirib ki, onların hamısı braziliyalıdır: "Reynaldo və Dias zədəlidirlər. Təəsüf ki, Fransada bizə kömək edə bilməyəcəklər. Reynaldo da 10 gündən sonra oynaya biləcək”.
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" matçı saat 23:45-də başlanacaq.