"Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçirilmiş Topaz Premyer Liqasının XIII tur matçından sonra dava düşüb. Sportnet.az-ın məlumatına görə, flaqmanın futbolçusu Elnur Allahverdiyevlə Peşəkar Futbol Liqasının operatoru dalaşıb.
Olayı planşeti ilə çəkmək istəyən jurnalist "Neftçi" futbolçularının təzyiqə məruz qalıb. Onun əlindən planşeti alınıb və həmin fotolar silindikdən sonra özünə qaytarılıb. Davanın səbəbini aydınlaşdırmaq isə mümkün olmayıb.
Qeyd edək ki, matç 2:2 hesablı heç-heçə ilə nəticələnib.