"Neftçi"dən bir xal almağımız yaxşı nəticədir". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Neftçi" ilə 0:0 hesablı heç-heçə ilə nəticələnən Premyer Liqa matçından sonra deyib.
Təcrübəli müdafiəçi dekabrın 11-də İtaliya "İnter"inə qarşı keçirəcəkləri Avropa Liqasının son tur oyunu barədə də danışıb. O bildirib ki, Bakıya ikinci heyətlə gələcəyi gözlənilən rəqib "Qarabağ"a daha böyük problem yarada bilər: "Bu bizim üçün daha pisdir. Çünki daim ehtiyatda qalan futbolçular özlərini baş məşqçiyə göstərmək üçün daha yaxşı, daha aqressiv oynayacaqlar".