Ukraynanın "Çernomorets" klubu "Qəbələ"nin sükanı arxasına keçəcəyi gözlənilən baş məşqçi Roman Qriqorçukla müqaviləni pozub. Sportnet.az-ın Odessa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında anlaşmaya xitam veriblər.
"Çernomorets" kollektivi Roman İosifoviçə baş məşqçi postunda əla işinə, klub tarixini bəzəyən nailiyyətlərinə görə ürəkdən minnətdarlıq edib və ona yeni peşəkar uğurlar arzulayıb. Vakant posta isə bunadək klubun U-19 və U-21 komandalarında çalışmış Aleksandr Babiç təyin olunub. 49 yaşlı mütəxəssisin "Qəbələ" ilə ilyarımlıq müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Roman Qriqorçuk "Çernomorets"in sükanı arxasına 16 noyabr 2010-cu ildə keçib. Onun rəhbərliyi altında Odessa komandası 148 matçdan 64 qələbə, 37 heç-heçə və 47 məğlubiyyətlə və 173 - 157 top fərqli üstünlüklə ayrılıb. Komandanın Ukrayna çempionatında ən yüksək nəticəsi 2013-2014-cü il mövsümündə 5-ci yer olub. 2013-cü ildə "Çernomorets" Ukrayna Kubokunun finalında və ölkə Superkuboku matçında çıxış edib. Odessa təmsilçisi 2 dəfə Avropa Liqasına vəsiqə qazanıb və bir il öncə turnirin "pley-off"una çıxıb və şəhərə ilk avrokubok baharı bəxş edib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |