1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"də iki cür məşq keçirdik" - MÜSAHİBƏ
"Qəbələ”də sabiq baş məşqçi Dorinel Muntyanunun köməkçisi vəzifəsində çalışmış Andrey Martinin sports.md-yə müsahibəsi
- "Qəbələ”dən niyə getdiniz?
- Qeyri-adi nəsə baş verməyib. Biz işə yaxşı başladıq. Amma müəyyən səbəblərdən uğura nail ola bilmədik. Söhbət ilk növbədə klubun transfer siyasətindən gedir. Biz çalışdığımız dönəmdəki heyət mükafat uğrunda yarışmağa imkan vermirdi. Əvvəlki baş məşqçi Yuri Syominlə birgə səkkiz aparıcı futbolçu komandanı tərk etmişdi. Ona görə də heyət zəifləmişdi. Komandanın gösdərdiyi son nəticələr nə məşqiləri, nə də klub rəhbərliyini qane edirdi. Bu səbəbdən Dorinel istefa verdi. Hazırda işsizik.
- "Qəbələ”dəki yarım illik faəliyyətinizə ümumən necə qiymət verirsiniz?
- Qafqaz fərqli bölgədir. Orda biz başa düşdük ki, belə ölkələrdə necə işləmək lazımdır. Yetərincə təcrübə topladıq. Bizdə yalnız müsbət emosiyalar qalıb. Klub rəhbərliyi ilə çox yaxşı ayrıldıq. "Qəbələ”də Azərbaycan futbolunun inkişafı üçün çalışan yaxşı insanlar var.
- Azərbaycanda sizin üçün qeyri-adi görünən nə oldu?
- Ora müsəlman ölkəsidir. Bizim komandada Allaha inanan, tez-tez məscidə gedən çox futbolçu vardı. Yay təlim-məşq toplanışı zamanı bir çox futbolçu oruc tutur və yemək yemirdi. Ona görə də iki cür məşq keçirdik.
- Azərbaycan və Moldova futbolu arasında nə kimi fərqlər var?
- Bir vətənpərvər olaraq deyərdim ki, bizim çempionat daha güclüdür. Yeganə fərq maddiyatdadır. Azərbaycanda "Xəzər Lənkəran”, "Qarabağ”, "İnter”, "Neftçi” və "Qəbələ” kimi sevilən komandalar var. Təəssüf ki, Moldova klublarını maddi vəziyyətinə görə onlarla müqayisə etmək olmaz (Qol.az).