
"Bizi çətin oyun gözləyir". Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının XXI turunda AZAL-la keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
23 yaşlı futbolçu rəqibin qış fasiləsindən sonra maksimum nəticə göstərdiyini söyləyib: "Düzdür, biz də fasilədən sonra keçirdiyimiz bir oyunda 3 xal qazanmışıq. Əlimizdən gələni edəcəyik ki, AZAL-la oyundan qələbə ilə ayrılaq. Amma AZAL "Neftçi" və "Qəbələ" kimi iddialı komandaları büdrətməyi bacarıb".
Qeyd edək ki, fevralın 11-də "AZAL Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.








































































