
Hazırda davam edən "Neftçi" - "Xəzər Lənkəran" oyununda xoşagəlməz hadisə yaşanıb. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin azarkeşləri tribunalardan kənarlaşdırılıb.
Səbəbi məlum olmasa da, onları polislərin tribunadan uzaqlaşdırdıqları müşahidə olunub. Uzaqlaşdırılan azarkeşlər "Neftçimania" fan-klubunun üzvləridir.