
Bu gün Topaz Premyer Liqasının XXII turuna start veriləcək. Sportnet.az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə keçiriləcək.
Açılış oyunu Sumqayıtda keçiriləcək. Şəhərin eyni adlı komandası doğma azarkeşlər önündə AZAL-ı qəbul edəcək. Son turda "Qarabağ"a məğlub olan "təyyarəçilər" bu dəfə Aqil Məmmədovun komandasını məğlub etməyə çalışacaq. Qazanılan 3 xal Tərlan Əhmədovun başçılıq etdiyi komandanı ilk 4-yə bir az daha yaxınlaşdıracaq. "Sumqayıt" isə bu oyunda qələbə qazanacağı təqdirdə autsayder "Bakı" ilə xal fərqini artıracaq.
Günün ikinci oyunda isə "İnter" və "Bakı" komandaları üz-üzə gələcək. Maddi problemlərdən dolayı zəif çıxış edən paytaxtın eyni adlı klubu "İnter Arena"da qazanılacaq bir xalı da uğur hesab edə bilər. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "bankirlər" isə qələbə sayəsində lider "Qarabağ"la xal fərqini azaldacaq.
Tofiq Bəhramov Adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Simurq" günün maraqla izlənilən matçı siyahısına daxildir. Qış fasiləsindən sonra məğlub olmayan komandalar bu dəfə də uduzmamağa çalışacaq. Avrokubokları hədəf alan Ağdam və Zaqatala təmsilçisinin görüşündə 3 xal daha çox qonaqlara lazımdır. Qurban Qurbanovun yetirmələri 3 xal qazanarsa, ikinci pillədə qərarlaşan "İnter"lə xal fərqini artıracaq. "Sarı-qaralar" isə qələbə nəticəsində 3-cü pilləyə yüksələ bilər. Bunun üçün "Neftçi" Qəbələdən xalsız qayıtmalıdır.
Mərkəzi arenada keçiriləcək görüşlə eyni saatda "Qəbələ" - "Neftçi" maçtı da start götürəcək. Roman Qriqorçukla istənilən nəticəni əldə edə bilməyən "Qəbələ" Bakı təmsilçisini məğlub etməyə çalışacaq. Son turda "Xəzər Lənkəran"ı məğlub edən "Neftçi" isə qələbə seriyasını davam etdirməyə çalışacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" bu tur istirahət edəcək.
15 fevral (bazar)
16:00. "Sumqayıt” – AZAL - 0:0
"Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 8. Budaq Nəsirov, 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 11. Şahin Əliyev, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 45. Murad Ağayev, 50. Aqil Güləhmədov
Baş məşqçi: Aqil Məmmədov
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeriy Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 15. Oskars Klava, 7. Təmkin Xəlilzadə, 22. Eltun Yaqublu
Baş məşqçi: Tərlan Əhmədov
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 11. Şahin Əliyev, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 45. Murad Ağayev, 50. Aqil Güləhmədov
Baş məşqçi: Aqil Məmmədov
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeriy Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 15. Oskars Klava, 7. Təmkin Xəlilzadə, 22. Eltun Yaqublu
Baş məşqçi: Tərlan Əhmədov
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Səfər Haşımov
"Kapital Bank Arena”
17:00. "İnter” – "Bakı” - 4:0
Qollar: Baçana Tsxadadze, 3 - penalti ilə. Əfran İsmayılov, 7; 38. Junior Nildo, 54
Qollar: Baçana Tsxadadze, 3 - penalti ilə. Əfran İsmayılov, 7; 38. Junior Nildo, 54
"İnter”: 25. Səlahət Ağayev (k), 10. Elvin Məmmədov, 12. Junior Nildo, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 24. Fuad Bayramov, 28. Baçana Tsxadadze, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 4. İvan Benitez, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 18. Mənsur Nəhavəndi, 82. Ruben Şaken
Baş məşqçi: Kaxaber Sxadadze
"Bakı”: 12. Elxan Əhmədov, 19. Eltun Hüseynov, 6. Vüqar Bəybalayev, 21. Elşad Manafov, 5. Georgios Pelagias, 56. Qeyrət Əliyev, 99. Kamil Nurəhmədov, 45. Mahir Mədətov, 11. Tural Qürbətov, 85. Jaba (k), 10. Nurlan Novruzov
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 7. Nuran Qurbanov, 15. Azad Kərimov, 4. Ülvi Süleymanov, 77. Ramazan Abbasov, 16. Rüstəm Rüstəmli, 53. Sənan Bayramzadə
Baş məşqçi: İbrahim Uzunca
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
"İnter Arena”
18:00. "Qarabağ” – "Simurq” - 1:0
Qol: Reynaldo, 21
Qol: Reynaldo, 21
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 99. Namiq Ələsgərov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 77. Cavid Tağıyev
Baş məşqçi: Qurban Qurbanov
"Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 5. Vadim Abdullayev, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 15. Stepan Polyak, 22. Cihan Özkara
Baş məşqçi: George Çixradze
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhrəmov adına Respublika stadionu
18:00. "Qəbələ" - "Neftçi" - 1:3
Qol: Viktor Mendi, 10 - Julius Vobay, 58. Denis Silva, 72. Flavinyo, 87.
"Qəbələ”: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 32. Mixail Sivakov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 55. Cavidan Quluzadə, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 16. Ruslan Tağızadə, 18. Ruslan Fomin, 26. Pavol Farkaş, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
"Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. Elvin Yunuszadə, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 22. Rauf Əliyev, 28. Emin Mehdiyev
Baş məşqçi: Arif Əsədov
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu









































































