"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XXIV turunda "Qarabağ" üzərində qazandıqları səfər qələbəsini şərh edib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis çox güclü komandanı yenməyi bacardıqlarını bildirib.
O deyib: "Emosiyalarımız müsbətdir. Biz çox güclü bir komandanı məğlub etməyi bacardıq. Bəlkə, istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Amma istədiyimiz tərzdə oynadıq. Buna görə çox məmnunam. Komandamı təbrik edirəm".
Qriqorçuk əvvəlki turlarda üzləşdikləri xal itkilərini hakim səhvləri ilə əlaqələndirib. Onun fikrincə, hakim səhvləri olmasaydı, "Qəbələ" daha çox xal qazanardı: "Onlara daha yüksək səviyyəyə çatmağı arzulayıram”.
Qeyd edək ki, "Qəbələ" "Qarabağ"ı minimal hesabla yenib - 1:0.