Bu gün futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, qarşılaşmalardan 3-ü eyni saatda başlanacaq.
Həmin oyunlar Bakıda təşkil olunacaq. "Neftçi" son 33 gün ərzində 3-cü dəfə AZAL-la üz-üzə gələcək. Bu qarşılaşmalardan birincisində "təyyarəçilər" 2:1, ikincisində flaqman 1:0 hesabı ilə qalib gəlib. Paytaxt komandaları arasında növbəti matçın gərgin mübarizəyə səhnə olacağı gözlənilir. Əvəzində elə də yaxşı günlərini yaşamayan "Bakı" və "Xəzər Lənkəran"ın "Qarabağ"la "İnter"ə ciddi müqavimət göstərəcəyi inandırıcı görünmür.
Amma "Qəbələ" ilə "Simurq" arasındakı Şimal-Qərb derbisinin maraqlı alınacağını demək olar. Qış fasiləsindən sonra bu komandaların Zaqataladakı Premyer Liqa mücadiləsində "Simurq" inamlı qələbə qazanıb. İlk matçı evdə keçirəcəyindən, "Qəbələ"yə mütləq qələbə lazımdır. Əks halda, ev oyunlarında rəqiblərinə ciddi başağrı olan "Simurq" cavab görüşündə istəyinə nail ola bilər.
4 mart (çərşənbə)
17:00. "Neftçi" – AZAL - 0:0
Bakı, "Bakcell Arena”
17:00. "İnter" – "Xəzər Lənkəran" - 2:0
Qol: Mikel Alvaro, 41. Asif Məmmədov, 69
Bakı, "İnter Arena”
17:00. "Qarabağ" – "Bakı" - 3:0
Qollar: Reynaldo, 6; 32. Vüqar Nadirov, 24
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
19:00. "Qəbələ" – "Simurq" 0:3
Qollar: Draqan Çeran, 11; 55. Benjamin Lambot, 57
Qollar: Draqan Çeran, 11; 55. Benjamin Lambot, 57
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, cavab görüşləri martın 13-də keçiriləcək.