1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" Tsxadadzesiz qaldı
Bakının "İnter" futbol komandasının baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstana yollanıb. Sportnet.az-ın məlumatına görə, əvvəlcə 47 yaşlı mütəxəssis paralel rəhbərlik etdiyi qonşu ölkə yığmasının Malta ilə yoldaşlıq görüşü və Almaniyaya qarşı AVRO-2016-nın seçmə qrup matçı ilə əlaqədar mətbuat konfransı keçirib.
Daha sonra o, Kutaisiyə yollanaraq, yerli "Torpedo" komandasının "Samtredia" ilə ölkə kubokunun 1/4 final mərhələsindəki cavab görüşünü izləyib. Tsxadadze Bakıya bu axşam qayıdacaq. Ona görə də "İnter"in bugünkü məşqçi köməkçi-məşqçi Zaur Svanadzenin rəhbərliyi altında baş tutacaq.
Gürcüstan yığmasına dəvət alan futbolçular isə martın 21-də bir araya gələcək. 29 nəfərlik siyahıda "İnter"in oyunçusu da yer alıb. Malta ilə qarşılaşma martın 25-də, Almaniya ilə oyun isə martın 29-da keçiriləcək.
Qeyd edək ki, Kaxaber Tsxadadze iyunun 1-dək həm yığmada, həm də klubda fəaliyət göstərəcək. Ardından o, "İnter"i tərk edərək, bütün diqqətini Gürcüstan millisinə yönəldəcək.