1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stamenkoviçlə Arif Əsədovdan maraqlı dialoq
"Neftçi" klubu "İnter"lə Azərbaycan Kubokunun ilk yarımfinal matçı öncəsi Sabunçu rayonu, 259 saylı tam orta məktəbin şagirdləri ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, görüş "ağ-qaralar"ın "Bakcell Arena"dakı məşqindən əvvəl baş tutub.
Tədbirdə məktəblilər məşqçi heyəti və futbolçularla ünsiyyətdə olub, onlara maraqlandıqları sualları ünvanlayıblar. Qapıçı Saşa Stamenkoviç şagirdlərin qarşıdakı matçla bağlı proqnozlarını soruşub. Futbolçular "Neftçi"nin qalib gələcəyini bildiriblər.
Baş məşqçi Arif Əsədov isə deyib ki, komanda nə qədər yaxşı oynasa da, əsas məsələ qol vurmaqdır: "Ona görə hücumçulara brilyant, orta xəttə qızıl, müdafiəyə isə gümüş deyilir".
Şagirdlərə "Neftçi"nin formasını və şərfini hədiyyə edən futbolçular onlarla xatirə şəkilləri çəkdiriblər. Sonda isə məktəblilər komandanın məşqini izləyiblər.