1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yaşar Seyidov: "Məscidin qapısı açıqdırsa..."
"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov ünvanına komandanın baş məşqçisi İbrahim Uzunca tərəfindən səsləndirilən ittihamlara cavab verib. Sportnet.az-ın məlumatına görə, klub rəsmisi türkiyəli mütəxəssislə aralarındakı narazılığın iki məsələdən qaynaqlandığını bildirib.
Y.Seyidov bildirib ki, İ.Uzunca "Bakı"dakı maddi problemlərə rəğmən, əvəzedici komandanın bütün üzvlərinin birgə əmək haqqı qədər maaş alır. Üstəlik, manatın devalvasiyasından sonra maaşının dollar ekvivalenti ilə verilməsini istəyib: "Mən bunu gizlətmirəm və klub prezidenti Hafiz Məmmədova da etirazımı bildirmişəm. Biz bu gün çətinlik çəkirik. Deməsin ki, pulsuz çalışır. Mövsüm başlayandan indiyədək klub prezidentimiz ona 53 000 dollar verib. Maaşı 10 min dollar olanda ona biz 8000 manat ödəyirdik. Manatın devalvasiyasından sonra Uzunca iddia etdi ki, maaşım 10 500 manat olmalıdır. Sizə sənəd də göstərə bilərəm. Yanvarda əmək haqqı 8 000 manat olub, indi isə 10 500 manat alır. Cümləsinin əvvəlində də, ortasında da, sonunda da "Hafiz müəllimə görə komandadayam" deyir. Sən Hafiz müəllimə görə yox, pula görə "Bakı"dasan. Onu istəyən insansansa, gəlib deməlisən ki, klubdakı vəziyyəti görüb fədakarlıq etmək istəyirəm. Futbolçusu 500 manat alan baş məşqçi ayda 10 500 manat ala bilər?"
"Bakı" rəsmisinin sözlərinə görə, digər narazılıq baş məşqçinin C kateqoriyalı köməkçisinin yüksək əmək haqqı almasından yaranıb: "AFFA-nın lisenziyalaşdırma haqqında qanununda kriteriyalar var. Hər bir məşqçi öz yerində olmalıdır. Köməkçisi C kateqoriyalıdır, yalnız 8 - 10 yaşlı uşaqlara məşq keçə bilər. Amma həmin məşqçi bizdən 2500 manat alır. Pro kateqoriyalı Adil Şükürovun maaşı isə 600 manatdır. Amma o, həm U-17 komandamızı çempion etdi, həm də kuboku qazandı. Biz də ona xeyir-dua verdik, getdi "Zirə" klubuna. Şükürovu Uzunca öz yanına gətirsəydi, nə olardı? C kateqoriyalı məşqçi Premyer Liqa komandasının əsas heyətinə dərs keçə bilər? Pul dəyişən kimi mühasibatlığa girib camaatı ayağa qaldırdı ki, mənim pulumu indiki kursla verin. Mən razı olmasam da, Hafiz müəllimin ürəyinin yumşaqlığından, humanistliyindən istifadə etdi. "Məscidin qapısı açıqdırsa, itdə də abır-həya olmalıdır" deyiblər. Olmaz axı. Gəl, de ki, futbolçum 500 manat maaş alır, mənim 10500 manat almağım düz deyil. Gəlib o biri məşqçilərin və futbolçuların davasını aparmır, özü və türkiyəli köməkçisinin pul davasını edir".
Y.Seyidov İ.Uzuncanın dediklərinə əsasən, nəticələr çıxaran jurnalistlərdən də gileylənib: "Uzunca uzun müddət açıqlamalar verdi, mən isə susdum. Yalnız klub prezidenti Hafiz Məmmədovla görüşdə bütün məsələlərə aydınlıq gətirildikdən sonra açıqlama verirəm. Jurnalistlər də baxmalıdırlar ki, Uzunca kimdir, Seyidov kim? "Arxamda elə adamlar dayanıb ki, Yaşar Seyidovun mənə gücü çatmaz" deyir. Bilmirəm kimi nəzərdə tutur. Mənim də arxamda ölkə rəhbərliyi dayanıb".