1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Arif Əsədov futbolçuları hədələdi
"İlk növbədə azarkeşlərdən üzr istəyirəm. "Neftçi” "Sumqayıt”ı məğlub etməlidir. Görünür, bəzi futbolçuların səviyyəsi "Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı klubun formasını daşıyırlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov "Sumqayıt"la 2:2 hesablı heç-heçə ilə nəticələnən Premyer Liqanın XXXII tur matçından sonra deyib.
Onun fikrincə, artıq islahatlar həyata keçirməyin vaxtı çatıb: "Heyətdə problemlər var. Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddur. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular "Neftçi”yə layiqdir. Oyunçulara dedim ki, qarşıdakı oyunlar sizin üçün imtahandır. Oyunçular "Neftçi”də qalmağa layiq olduqlarını sübut etməlidirlər”.
Əsədov "Sumqayıt”ı təbrik edərək, gələcək oyunlarda uğurlar arzulamağı da unutmayıb.