
Bakının "İnter" klubu ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, "bankirlər"in hücumçusu Baçana Tsxadadze "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXXIV tur matçında zədələnib.
Oyuna davam edə bilməyən forvard 70-ci dəqiqədə yerini Sezar Meza Kolliyə verib.
Qeyd edək ki, Baçana Tsxadadze "İnter"in baş məşqçisi Kaxaber Tsxadadzenin oğludur.











































































